Səyahət sığortanızı indi onlayn rəsmiləşdirin
Gürcüstana səfər edənlər üçün etibarlı sığorta həlli. Müqaviləni sürətli formada onlayn əldə edin.
Əgər səfəriniz konkret tarix aralığında və yalnız bir dəfə həyata keçiriləcəksə, səyahət növü olaraq “Birdəfəlik” seçimini edin.
Əgər seçilmiş müddət ərzində bir neçə dəfə səfər etməyi planlaşdırırsınızsa, səyahət növü olaraq “Multi” seçimini edin.
“Səyahət edənlərin sayı” dedikdə səfərdə iştirak edəcək şəxslərin ümumi sayı nəzərdə tutulur. Müraciət formasını dolduran şəxs səfərdə iştirak edəcəksə, həmin şəxs də bu saya daxil edilməlidir.
Səyahət edənlərin sayını daxil etdikdən sonra aşağıda açılan bölmədə hər bir iştirakçının doğum tarixi ayrıca qeyd olunmalıdır.
Qırmızı işarə (*) ilə göstərilən bütün xanalar mütləq doldurulmalıdır.
75 yaşdan yuxarı şəxslər üçün sığorta tətbiq edilmir.
65 yaşdan yuxarı şəxslər üçün yüksək riskli fəaliyyətlər (məsələn, avtomobil sürücüləri, elektriklər, mədənçilər və s.) və dağlıq ərazilərdə xizək turları üzrə əlavə təminatlar seçilə bilməz.
Sığortalı şəxs 18 yaşdan yuxarı olmalıdır.
Qırmızı işarə (*) ilə qeyd olunan bütün məcburi xanalar doldurulmalıdır.
Ad, soyad və ata adı şəxsiyyət vəsiqəsində göstərildiyi formada və dəqiqliklə daxil edilməlidir.
Səfərdə iştirak edəcək hər bir şəxsin ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici pasportun seriyası və nömrəsi daxil edilməlidir.
Doğum tarixləri əvvəlki mərhələdə yanlış qeyd edilibsə, “Sığorta haqqının hesablanması” mərhələsinə geri qayıdaraq məlumatlar orada düzəldilməlidir.
Qırmızı işarə (*) ilə qeyd olunan bütün məcburi xanalar doldurulmalıdır.
Ad və soyad şəxsiyyət vəsiqəsində göstərildiyi formada və dəqiqliklə yazılmalıdır.