Kasko Sığorta

Zəhmət olmasa robot olmadığınızı təsdiqləyin.

Kasko - Tez-tez verilən suallar

Kasko sığorta avtomobilinizi qəza, oğurluq, yanğın, təbii fəlakət və digər risklərdən qorumağa kömək edən könüllü sığorta növüdür.

İcbari avto sığorta qarşı tərəfə vurulan zərəri əhatə edir, Kasko isə sizin öz avtomobilinizə dəyən zərərin qarşılanmasına yönəlib.

Tam Kasko paketlərində oğurluq riski adətən təminata daxil edilir. Şərtlər seçilən sığorta şirkəti və paketdən asılı olaraq dəyişə bilər.

Bəli. Əksər banklar kredit və ya lizinq yolu ilə alınan avtomobillər üçün Kasko sığortasını tələb edə bilər.

Kasko qiyməti avtomobilin bazar dəyəri, istehsal ili, marka və modeli, sürücülük təcrübəsi, istifadə təyinatı, azadolma məbləği və seçilən təminatlardan asılı olaraq hesablanır.

Bəli. Sigortala.az vasitəsilə avtomobil məlumatlarınızı daxil edərək Kasko sığortası üçün onlayn müraciət edə bilərsiniz.